Xəzərdə itkin düşən balıqçılar TAPILDI

18:56 12.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb.

Hafta.az-ın məlumatına görə, Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənovun axtarışları yekunlaşıb. 

Balıqçılar İran sahillərində yük gəmisi tərəfindən sağ tapılıblar.